Cabir Novruz – Məhəbbət
O bu boyda bir cahanı yaradıb,
Yeri göyü asimanı yaradıb.
İnsan onu, o insanı yaradıb,
Bu həyatın əlifbası məhəbbət,
Ən ilk nəğmə, ən ilk yazı, məhəbbət
Hər ömürdə bir ulduza dönər o,
Gah şimşək tək birdən çaxıb sönər o,
Gizli gələr, fəqət aşkar dinər o,
Canda nəfəs, damarda qan məhəbbət
Həm var olan, həm yox olan məhəbbət
O dəryadı kükrəyəndə, daşanda,
O gövhərdir üzüklərin qaşında,
O sevdadir hey dolanır başımda,
Gah ağıllı, gah divanə məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət.
İstixeber.com
Daha çox oxu
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???
“Bu gün İlhamıyla yaşıyır Heydər” – Əli Quliyev
ƏMRAH FƏQANOĞLU: “GUYA Kİ, HEÇ MƏNİ TANIMAYIRSAN…”