20/10/2020

İnformasiya Portalı

GİLAS AĞACLARININ DƏRMANLANMASI İŞLƏRİNƏ START VERİLİB – FOTO+VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  

Artıq şimal rayonlarında on gün olar ki, meyvə bağlarının dərmanlanması işlərinə başlanılıb.

Bildiyiniz kimi istər ölkə bazarlarını, istərsə də xarici bazarları gilasla təmin edən Xaçmaz rayonunda dərmanlanma işləri fermerlər tərəfindən daha da sürətləndirilib. Bağlara vaxtında edilən qulluq, vurulan dərman ağacları bir çox zərər vericilərdən qoruyur.

Bəs aprel ayında gilas bağlarına hansı dərmanlar vurulmalıdır?

Suallarımıza cavabı telefon vasitəsi ilə bitkiçilik üzrə mütəxəsis İmam Tahirovdan öyrəndik.

İmam müəllim bildirir ki, hal-hazırda bağlara əsasəndə gilas ağaclarına vurulan dərmanlar çiçəklənmə və göbələk xəstəliyinə qarşı vurulan dərmanlardı. İndi aprel ayının 9-zudur. İndiyə kimi gilas ağaclarına üç dəfə təyin edilmiş dərmanlar vurulmalıdır. Dərmanlanma əsasən meyvəyə gələn ağaclara daha çox lazım olur. May ayından isə ağaclara digər dərmanlar vurulmağa başlayacaq. Dərmanı vurmamışdan öncə mütəxəsislərlə məsləhətləşmək, bağlara vaxt aşırı baxış keçirtmək lazımdır. Bəzəndə dərmanlanmanın düzgün aparılmaması, vaxtında vurulmaması ağacların qurumasına və ağac xəsətliklərinə gətirib çıxarır.

Bağların dərmanlanmasından hazırladığımız videomaterialı sizə təqdim edirik:

İstixeber.com Xaçmaz
Rəşad Ağaşirinov

x