29/10/2020

İnformasiya Portalı

ƏMRAH FƏQANOĞLU: “ATAM SAĞ OLSAYDI…” GÖYNƏRTİSİ İLƏ YAŞAMAQ…

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sağkən bir zaman həyatda olmayacağını düşünmək belə istəməzdim.

“Mənim atam həmişə yaşayacaq” inamı olardı içimdə… Həyata 17 yaşında vida edən tələbə qardaşım Ehtiram bir dəfə ata-anamın yanında “mən sizin yoxluğunuza dözmərəm, ona görə də istəyirəm ki, bu dünyanı sizdən əvvəl tərk edim” deyəndə valideynlərimin hər ikisi bu gözlənilməz sözdən çox sarsılmışdı… Amma olan oldu, qardaşımın bu arzusu gerçəkləşincə həm anam, həm də atam diriykən yanıb kül oldular…

Bu gün hər ikisi haqq dünyasında olsalar da, onların mənim üçün proqramlaşdırdıqları mənəvi dəyərlər çərçivəsində yaşayıram. Torpaq adamı olan, mexanizator peşəsinə şərəf verməklə, ailəsini öz alın təri ilə qazandığı çörəklə saxlayan atam mənə halallıq, haqqı itirməmək, mərdlik, dürüstlük, zəhmətsevərlik, xeyirxahlıq kimi keyfiyyətlər aşılayıb. Bəzən hansısa çətin məsələ ilə bağlı dilemma qarşısında qalarkən “atam sağ olsaydı, bu barədə belə qərar verərdi” deyib qərar qəbul edirəm və rahat nəfəs alıram. Məzarını ziyarət edəndə də həmişə haqqın tərəfində olduğuma, haqq – say itirmədiyimə, əlimdən gələn qədər xeyirxahlıq etdiyimə görə mənən hüzur tapmış oluram.
Bu gün atalar günü olduğu üçün bu duyğularımı sizinlə bölüşdüm. Gedənlərə Allahdan rəhmət, qalanlara cansağlığı, firavan həyat diləyi ilə…

İstixeber.com

x