29/10/2020

İnformasiya Portalı

Ən həyəcanverici seks növü hansıdır?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Seksin hər növünü sınaqdan keçirib sevgilinizlə aranızdakı məsafələri aşdığınızdan əminsiniz?

Cütlüklər birlikdə yaşayıb birlikdə böyüyür və birlikdə intellektual baxımdan inkişaf edirlər.

Cütlüklər cinsi baxımdan da böyüyür və inkişaf edir. Bəs sevgilinizlə münasibətinizə təsir edəcək olan seks növlərindən xəbəriniz varmı?

İstixeber.com seksin növlərini təqdim edir.

Sərhədləri aşan seks!

Sevgilinizlə yataqda uzanıb “Bu etdiyimiz möhtəşəmdir!”, – deyib gülməkdən gözəl bir şey yoxdur.

Cütlüklər bəzi dövrlərdə seks zamanı həyəcan çatışmazlığı yaşayır və bunu necə düzəldəcəklərini bilmirlər. Bunun tək yolu sərhədləri aşan seksdir. Ətrafınızdakı güvən divarlarını yıxıb sərhədləri aşsanız, nəinki seks həyatınızı əvvəlki vəziyyətinə qaytarmış olacaqsız, eyni zamanda sevgilinizlə aranızdakı güvəni artıra biləcəksiz.

Yataq otağnda güvənlik divarların aşın macəralar yaşamağa çalışın.

Münasibəti davam etdirmək üçün seks!

Qəbul edək ki, hər birimiz yataq otağında hər zaman bizi göylərdə hiss elətdirəcək duyğular yaşamırıq. Bəzən yaşadığımız seks adi ola bilər. Bu cür seks uzun müddətli münasibətlərin sirri kimi qəbul edilir. Adi bir seksin sizi sevgilinizdən soyutmasına imkan verməyin. Hətta adi seksin stress atmaq, arıqlamaq və özünü yaxşı hiss etmək kimi faydaları var.

Utandıran seks!

Sevgilinizlə seks zamanı bədəniniz tərləyirsə, yaxud bədəninizdən hansısa qəribə səs çıxırsa, bundan utanıb üzünüzün qızarmasına ehtiyac yoxdur.

İnsan olduğumuz üçün fərqli hallar yaşaya bilərik. Bu, normal bir haldır və bədəninizə görə heç vaxt utanmayın.

Tətil seksi!

Ən həyəcanverici seks növlərindən biridir. Başqa bir yerdə olmağın verdiyi sevinc, rahatlıq sayəsində bədəniniz rahatlamış və zehniniz stressdən uzaqlaşmış olacaq.

Tətildəyəkən evdə edə bilməyəcəyiniz şeyləri rahatlıqla sınaya bilərsiz.

Əgər yataq otağınızın divarları sizi sıxırsa, otelə gedin, ya başqa yerə tətilə çıxın. Başqa yerdə yaşadığınız seks unudulmaz olacaq.

Yuxu seksi!

Həyatda vacib ola gediləcək yer deyil, ora gedilən yoldur. Yəni seksdə hər zaman orqazm olmaq məcburiyyətində deyilsiz. Əsas olan necə sekslə məşğul olduğunuz və aldığınız zövqdür.

Bəzən başlatdığınız ehtiraslı seks yuxuyla sonlana bilər.

Mütəxəssislər yuxuyla nəticələnən seksin cütlüklər arasındakı sevgi bağını gücləndirdiyini deyirlər.

Sevgilinizi arzuladığınızı hiss etmək belə gözəl bir şeydir.

Seks zamanı yuxunuz gəldiyində sevgilinizə toxunun, onu nə qədər çox sevdiyinizi deyin.

Barışma seksi!

“Yatağa küskün, qəzəbli halda girmək olmaz” – seksin bir bəhanəsidir.

Alovlu bir mübahisənin sonunda alovlu bir seksə nə deyirsiz?

Seks üzrə mütəxəssis Clayton seksin mübahisənin səbəb olduğu kiçik qəlb qırılmaları, küskünlükləri təmir etdiyini deyir.

Bəzi cütlüklər isə problemlərlə qarşılaşmaqdansa seksi seçirlər. Bu isə sağlam bir hal deyil.

Əgər münasibətinizdə ciddi problemləriniz varsa , yatağa girmədən əvvəl bunları həll edin.

Rahatlama seksi!

Özünüzü küskün, üzgün, lazımsız, incidilmiş hiss edirsizsə, rahatlığı sevgilinizin qollarında tapa bilərsiz. Seks bütün bu neqativ duyğuların tam tərsini ortaya çıxarır. Sevgi dolu, isti, səmimi və sizi sevən biriylə sekslə məşğul olarkən hiss etdiyiniz yalnızlıq və narahatlıq dolu duyğuları unutmuş olarsız.

Çılğın seks!

Baş döndürən, möhtəşəm bir seksdən bəhs edirik. Tək ehtiyacınız olan sizi bürüyən güclü ehtiras və həyəcan dolu bir seks!

Seks mütəxəssisləri bu cür seksin daha dərin bir münasibət üçün vacib olduğunu deyir.

Hər şeyi unudub özünüzü tamamilə sevdiyinizə buraxıb, utancaqlığı kənara qoyub, o anı yaşamaq sevgilinizlə aranızdakı yaxınlıq səviyyəsini artıracaq.

İstixeber.com

x