23/10/2020

İnformasiya Portalı

Covid-19 pandemiyasından əziyyət çəkən neftçilər – ARAŞDIRMA

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Ölkədə Covid-19 pandemiyası başlayan bəri ölkədə ən çox əziyyət çəkən səhələrdən biri neft sahəsi və bu sahənin dənizdə işləyən neftçilərdi.

Mən bir araşdırmaçı jurnalist olaraq hər zaman Azərbaycan nefçilərini və səngərdə döyüşən hərbiçilərimizi hər şeydən üstün tutmuşam. Hər zaman bu insanların yanında olmağa çalışmışam. Əhatəmdə bu səhələrdə çalışan insanların, dostlarımın sayını belə unutmuşam. Hər dəfə dənizdə külək, cəbhədə atışma olanda bu insanlara dua edirəm. Əziz dostlarım bu barədə çox danışaram. Keçək mətləbə.

Bu dəfə zəhmətkeş Azərbaycan neftçilərinin karantinə görə, çəkdikləri əziyyətdən danışacam. İlk öncə araşdırma mövzuma Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə başlamaq istəyirəm. “Neft sahəsində işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”.
Bildiyimiz kimi ölkəmiz hal-hazırda çətin sınaq qarşısındadır. Ölkədə Covid -19 Pandemiyası hökm sürür. Bəs görəsən neftçilərimiz bundan əzab çəkirmi? Əlbətdə çəkir. Araşdırmalarım, söhbətlərimin əsasında buna əminəm. İnanıram ki, bütün neftçilər bu yazdıqlarımla razılaşar. Bu mövzuda mənə nə bir şikayət olunub nə də bir ərizə qəbul etmişəm. Sadəcə olanları , bilmədiyiniz həqiqətləri sizə çatdıracam. Artıq neçə aylardır ki, neftçilər işə getməmişdən öncə 3-10 gün müddətinə Bakıda müəyyən edilmiş hotellərdə qalır, Covid-19 analizi verdikdən sona işə gedirlər. Əksər hotellərdə də nə soyuducu var nə də telivizor. Maraqlı məsələ isə neftçilərin 10 günə yaxın hotellərdə, 30-40 gün isə dənizdə qalmasıdır. Anladığımız qədər bu sahənin işçiləri üçün bu çox böyük və çətin vaxt hesab edilir. Aldığım məlumata görə, ölkədəki karantin rejiminə qədər işçilərin iş qrafiki 7-8, 15-16 gün müəyyən edilmişdir. Burdan digər bir məsələ də ortaya çıxır. Bir çox dəniz şəraitində işləyən neftçilərin əksəriyyəti ərzaqlarını özləri ilə aparırlar. Sual olunur 40-gün müddətinə dənizə gedən neftçi bu qədər ərzağı necə aparsın və hara yerləşdirsin. Məsələnin digər tərəfi isə neftçilərin70- 80%-nin rayonların payına düşməsidir. Yaxşı bunu da başa düşdük. Bəs özü ilə dənizə ərzaq aparmalı insanlar karantində qaldıqları vaxt bu ərzaqları harda saxlasınlar. Bildiyimiz qədər karantin üçün nəzərdə tutulmuş hotellərdə soyuducular olmur və ya hotelə ərzaq aparmağa icazə vermirlər. Ərzaq olar amma ət və s. məhsullarından olmaz. Dənizə getmək vaxtı gələndə kim nə qədər ərzaq apardı apardı. Qalanını isə od qiymətinə olduqları yerdə almağa məcburdular. Bunlar bir yana qalsın 30-35 gün dəniz şəraitində ailəsindən uzaq qalan insanlar çətin iş rejimimdə psixoloji sıxıntılar keçirmirmi? Bu onların səhətinə mənfi təsir etmirmi? Suallarıma sizdə özünüzdə cavab tapın məndə özümdə. Artıq ölkədə karantin rejimi 5-aya yaxındır ki, davam edir. Son günlərdə müəyyən yumşalmalar hiss olunur. Məndə olan məlumata görə, yumşalmalar neftçilərə dəlalət etmir.

Bəs görəsən, son günlərdə yumşaldılmış karantin günlərinin neftçilər üçün xeyiri olacaqmı? Neftçilər hər zaman ki , kimi öz smenlərində işə gedə biləcəklərmi?

Suallarımızı ilk öncə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlıya verdik.
Mirvari xanım bildirdi ki, ümumiyyətlə Azərbaycanda qəbul olunan qərarlar elə olmalıdır ki, əmək məcəlləsini üstələməsin. Dediyiniz məsələ ilə bağlı onu deyə bilərəm ki, mart ayının 19-dan neftçilərin karantin müddətini keçməklə işə yola salınması , Həmkarlar İttifaqı qanunlara düzəliş edərək işçilərin 20-30 hətta 40 günə kimi dənizdə qalma prosesini həyata keçirdir. Amma bu qanuna ziddir. Çünki, elə idarələrimiz, özüllərimiz varki, orda əmək şəraiti işçinin 10-gündən artıq dənizdə qalması üçün nəzərdə tutulmayıb. Buna çox yerləri misal gətirə bilərəm. Bu problemlərlə bağlı çoxlu müraciətlərdə alırıq. Neftçilərin dəniz şəraitində 10-15 gündən çox işləməsi ən əsası onların səhəti, psixoloji olaraq çox mənfi təsir edir. Bir məsələnidə diqqətinizə çatdırım ki, əgər işçi vaxtından çox işləyirsə onlara 2-qat əmək haqqı ödənilməlidir. Amma ödənmir.. Sonda onu da deyim ki, Dövlət Neft şirkəti hal-hazırda da karantin qaydalarına uyğun olaraq işçiləri bu formada işləməsini həyata keçirir.
Mirvari Qəhramanlını dinlədikdən sonra SOCARIN mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovla əlaqə saxladım.

“Dediyiniz məsələlərlə bağlı onu deyə bilərəm ki, karantin qaydalarına görə, neftçilərin növbəsindən çox işləməsi qaydası Nazirlər Kabinetinin nəznində yaradılmış Operativ Qərargahın qərarları əsasında həyata keçirilir. Daha doğrusu bu qayda hələki, avqust ayının 31-nə kimi davam edəcək. Əgər pandemiyanın qarşısı alınarsa əlbətdə ki, bütün neftçilərin iş qrafiki hər zaman olduğu kimi olacaq. Dənizdə işləyən işçilərin ərzaqla bağlı təminatında yaranan problemlərə, mən araşdırdım belə hal olmayıb. Nə də bir şikayət gəlməyib. Hal -hazırda neftçilər üçün ən çətin hal onların karantin zamanı hotellərdə qalmasıdır. Əgər belə hal varsa bizə bildirin, köməklik edək.” -deyə İbrahim Əhmədov bildirdi.

Əziz dənizçilər, neftçilər mən sadə bir Azərbaycan vətəndaşı kimi sizi yaxşı başa düşürəm. Özümü hər an sizin yerinizə qoyuram. Sizin çəkdiyiniz əziyyəti neçə dəfələrdə Bakı dəniz vağzalının, Qardağ Sahil qəsəbəsinin qarşısında gəmiyə minəndə görmüşəm. O ağır ərzaq çantalarını necə zülümlə daşıyırsız. Allah sizləri qorusun. Az da olsa sizin çətinlikləriniz barədə yazdım. Və inanıram ki, tezliklə ölkə başçısı İlham Əliyevin sayləri nəticəsində biz bu pandemiyaya qalib gələcəyik və sizlər rahat formada işə gedib gələ biləcəksiz.

Sənan Şəmkirli
Bakı şəhəri 09.08.2020

İstixebertv.com

x