23/10/2020

İnformasiya Portalı

Müəllimə prezidentə müraciət etdi: “mənim təhlükəsizliyim Daxili İşlər Nazirliyi tərəfindən qorunmur, əksinə…” – FOTOFAKT

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“Mənim bir azərbaycanlı qadını, ziyalı, müəllim olaraq haqlarım hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri tərəfindən tapdanaraq, ölümlə təhdid olunaraq, döyülüb, təhqir edilərək şərəf və ləyaqətim alçaldılıb”

İstixebertv.com xəbər verir ki, bunu Saatlı rayon sakini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə açıq müraciətində bildirib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə AÇIQ MƏKTUB

Aidiyyatı qurumların və bütün ictimaiyyətin nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət!

Azərbaycan Respublikası Daxili İşlər naziri hörmətli Vilayət Eyvazova müraciət!

Mən Həsənova Sara Malik qızı Saatlı rayonun Naharlı kəndində ziyalı ailəsində doğulmuşam. Ali təhsilli müəlliməm, hal-hazırda direktor müavini işləyirəm. Yeni Azərbaycan partiyasının fəal üzvüyəm. Uzun müddətli pedaqoji fəaliyyətinin bəhrələri olan şagirdlərim müxtəlif peşə sahələrində ixtisaslı kadr kimi fəaliyyət göstərərək Vətənimizin müstəqilliyi, dayanıqlığı, rifahiı naminə öz xidmətlərin göstərməkdədilər. Lakin bütün bunlara baxmayaraq mənim bir azərbaycanlı qadını, ziyalı, müəllim olaraq haqlarım hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri tərəfindən tapdanaraq, ölümlə təhdid olunaraq, döyülüb, təhqir edilərək şərəf və ləyaqətim alçaldılıb. DİN-nin 102 qaynar xətdinə etdiyim müraciətlər isə, bir mənalı şəkildə cavabsız qalıb.

Polisi vətəndaşları hər cürə təhlükədən qoruyan qüvvə sayılır. Lakin biz bunun tam əksini görürük.
Qeyd edim ki, infarkt xəstəsi, 65 yaşlı, son həddə yoxsul həyat sürən qardaşım Həsənov Vaqifin qonşusu həyətindən yol tələb etdi və bu tələblə də Saatlı məhkəməsində iddia qaldırıb, qardaşıma heç bir bildiriş gəlmədən məhkəmə keçirilərək qərar aldılar. Və bu qərarın icrası təmin edildi. Qonşu yenidən qardaşımın yaşadığı daxmanın yerindən yol istədi. 13 avqust 2020-ci il tarixdə, saat 12:00 radələrində Saatlı rayon icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Araz Hüseynov 50 (əlli) nəfər polis əməkdaşı ilə, bir neçə növdə dağıdıcı texnika da daxil olmaqla, qardaşımın yatdığı yerdə yaşadığı evə basqın etdilər. Araz Hüseynov məhkəmədə söküntü barədə heç göstəriş olmadan, məhkəmə qərarına tam zidd olaraq, dağıdıcı texnikanı ürək xəstəsi qardaşımın yatdığı yerdə üzərinə yeridərək götürüb bayıra tulladı. Və döyməyə başladı. Mən qardaşımı köməksiz görüb DİN-nin 102 qaynar xidmətinə zəng edib kömək üçün müraciət etdim. Yeni polis əməkdaşları da gəldilər. Bu arada Məzrəli-Naharlı kəndləri üzrə sahə rəisi Nazim Ağayev və hal-hazırda məzuniyyətdə olan içtimai təhlükəsizlik bölməsinin rəisi, mülki geyimli Rəcəb Gülməmmədov orada yığılan insanların başı qarışdığını görüb biri saçımdan tutub, digəri boğazımdan yapışaraq “Səni tanımadığın şəxslərə oğurlatdırıb öldürtdürəcəyik, heç kimin də bundan xəbəri olmayacaq” deyib ağır sözlərlə təhqir etdilər. Və əlavə etdilər ki, “sən gərək 102 qaynar xidmətinə məlumat verməyəydin”.
Polis əməkdaşlarının məni öldürəcəkləri ilə bağlı hədələri, təhqirləri və həyatıma yaranan real təhlükə ilə bağlı 7 (dəfə) DİN-nin 102 qaynar xətdinə zəng edib məlumat vermişəm. Lakin hələ də məndən heç bir nümayəndələri bir kəlmə də söz soruşub maraqlanmayıblar.

Mən azad, müstəqil və demokratik, vətəndaş haqlarının qorunduğu ölkənin vətəndaşıyam. Amma buna baxmayaraq mənim təhlükəsizliyim Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qorunmur, əksinə, bu qurumun adına ləkə olan bir neçə polis əməkdaşları tərəfindən həyatım real təhlükə ilə üz-üzə qalır. Adların çəkdiyim icra məmurluğu şöbəsinin rəisi Araz Hüseynovun, polis əməkdaşları Nazim Ağayevin və Rəcəb Gülməmmədovun şəkillərini bu yazıma daxil edirəm.
Cənab Prezident! Sizdən xahiş edirəm ki, yuxarıda adların çəkdiyim məni oğruladıb öldürtürəcəkləri ilə hədələyən polis əməkdaşlarından təhlükəsizliyinin təmin olunması üçün mənə köməklik göstərəsiniz
və Azərbaycan Dövlətçiliyinin qanunlarına kölgə salan, Azərbaycan polisinin adına ləkə gətirən, vəzifə səlahiyyətləri aşmaqla sui-istifadə edən Saatlı rayon polis şöbəsinin əməkdaşları sahə rəisi Namiz Ağayevin və içtimai təhlükəsizlik bölməsinin rəisi Rəcəb Gülməmmədovun barəsində qanun çərçivəsində tədbir görülməsinə üçün göstəriş verəsiniz.

İstixebertv.com

x