23/10/2020

İnformasiya Portalı

Şəmkir rayon sakini Prezidentə müraciət etdi – VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Şəmkir rayon Dəllər Cəyir kəndinin sakini, sahibkar Seyidov Mübariz Məmmədəli oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və “Azəryolservis” ASC-nin Şəmkir şəhər Yol İstismar İdarəsinin rəhbərliyi tərəfindən haqsızlığa düçar olduğunu iddia edib.

Sahibkar video çəkərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

O, müraciətində deyir:

– Cənab prezident, dəfələrlə sizə məktub yazmışam. Şəmkir rayonunda sahibkar idim. İstixanam vardı və orada 17 ailə işləyirdi. İcra başçısı və “Azəryolservis” ASC Şəmkir şəhər Yol İstismar İdarəsinin rəhbərliyi əlbir olaraq, adıçəkilən İcra Hakimiyyətinin Hüquq şöbəsinin gənc kadrı ilə (üzümə durdular) əleyhimə ifadə verdilər. Nəticədə mənə 10 sutka həbs cəzası verildi. Həbs olunandan sonra isə məkanımı darmadağın etdilər. Hər yerə müraciət etmişəm, amma heç bir səlahiyyətli nümayəndə maraqlanmayıb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı və “Azəryolservis” ASC-nin Şəmkir şəhər Yol İstismar İdarəsinin rəhbərliyi tərəfindən məhkəmə hakimləri də daxil olmaqla hər yerə tapşırıq verilib./PostNews.Az

Həmin video müraciəti təqdim edirik:

İstixebertv.com
x