01/11/2020

İnformasiya Portalı

Palçığa bulanmış məktəb yollarındansa, internetsiz onlayn təhsil yaxşıdır – VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xaçmaz rayonu Balaqusar Qışlaq kəndinin şagirdləri dərsə getməkdə çətinlik çəkirlər.

Problem barədə dəfələrlə aidiyyatı qrumlara müraciət edilməsinə baxmayaraq elə problem kimi qalıb.

Kənd uşaqları kəndə məktəb olmadığı üçün qonşu Ağaverdioba kənd məktəbinə dərsə gedirlər. Əgər buna dərsə getmək demək olarsa.

Artıq dərs ili iki gündür başlayıb. Bu gün dərsə gedən Balaqusar kənd şagirləri havaların isti olmasına baxmayaraq yolda surpirizlə qarşılaşıblar. Ətraf sahələrdən daşan sular yaman gündə olan yolu bir az da yaman günə qoyub.

Bu məsələ ilə bağlı dəfələrlə reportajlar hazırlnsada, məsul şəxslər və qrumlar müraciətə baxmayaraq bu məsələyə bir əlac edən tapılmır ki, tapılmır.

Bu dəfə məsələni elə yerindəcə çəkdik və işıqlandırdıq.

Əziz dövlət qrumları baxın, görün ki, Balaqusar kəndinin uşaqları hansı vəziyyətlərdə dərsə gedirlər.

Ətraflı həmin görüntüləri təqdim edirik:

İstixebertv.com 16.09.2020 Xaçmaz
Rəşad Ağaşirinov

x