23/10/2020

İnformasiya Portalı

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“Qarabağ” komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununa çıxıb. 

Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilmiş görüşdə rəqib Norveç “Molde”si olub. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qol epizodları sarıdan kasad olan 90 dəqiqə ərzində qapılar qarşısında elə də təhlükəli vəziyyət yaranmayıb. Bununla belə, görüş “Qarabağ”ın üstünlüyü şəraitində keçib. Xüsusən, meydana çıxacağı son anda dəqiqləşən Mahir Emreli əlverişli imkandan yararlana bilməyib.

Emreli əlavə vaxtda da real imkanı qola çevirə bilməyib. Əvəzində “Molde” Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti qazanıb. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.

Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. 120-ci dəqiqədə “Qarabağ”ın kapitanı Maksim Medvedev xəsarət alsa da, oyuna davam edə bilib. Nəticədə penalti seriyasına müraciət olunub.

Bu bölümdə isə “Molde” daha dəqiq olub – 6:5. “Qarabağ”dan penaltini Bədavi Hüseynov dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, “Molde” Çempionlar Liqasında pley-offa yüksələrək, Macarıstan “Ferentsvaroş”una rəqib olub. Çıxışını Avropa Liqasının pley-offunda davam etdirəcək “Qarabağ”ın rəqibi isə hələ müəyyənləşməyib.

23.26
“Qarabağ”  və Norveç “Molde”si arasındakı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda əsas vaxt başa çatıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Bu səbəbdən, hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin olunub.

Qeyd edək ki, görüş Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilir. Bu cütün qalibi Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşacaq. //Report

İstixebertv.com

x