01/11/2020

İnformasiya Portalı

AMXM növbəti dəfə “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycan Milli Xalça Muzeyi növbəti dəfə “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

İstixebertv.com xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi dördüncü dəfə “Tripadvisor Travellers’ Choise” (Tripadvisor səyahətçilərin seçimi) sertifikatına layiq görülüb.

Bu onu göstərir ki, bütün dünya üçün mövcud çətin dövrdə belə muzeyin peşəkar fəaliyyətini yüksək səviyyədə davam etdirməsi tamaşaçılar, izləyicilər tərəfindən layiqincə dəyərləndirilib və obyektiv qiymətini alıb.

Qeyd edək ki, dünyanın məşhur turizm saytı Tripadvisor-ın 2010-cu ildə təsis olunan bu sertifikatına əsasən yüksək səviyyədə xidmət göstərən məkanlar, turizm müəssisələri layiq görülür. Qalib  milyonlarla insanın, turistlərin saytda il ərzində qeyd etdiyi rəylər əsasında müəyyənləşir.

“Tripadvisor Travellers’ Choise” sertifikatını beş dəfə alan müəssisələrin saytın “Şöhrət zalı” fəxri siyahısına daxil olduğunu nəzərə alsaq, Azərbaycan Milli Xalça Muzeyi bu uğurun da bir addımlığındadır.

İstixebertv.com

x