23/10/2020

İnformasiya Portalı

Yevlaxda pambıq yığımına start verilib – FOTOLAR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlaxda pambıq yığımına başlanılmışdır.

İstixebertv.com xəbər verir ki, bu il pambıq mövsüm ili üçün Yevlax rayonunda 2330 hektar pambıq bitkisi əkilmişdir.

174 fermer 1780 hektarda, “MKT İstehsal Kommersiya” MMC ilə, 75 fermer 550 hektar sahədə “P-Agro” MMC ilə müqavilə bağlayaraq pambıq əkmişdir. 249 fermerin ərazisində əkilmiş 2330 hektar pambıq sahəsində aqrotexnik qaydalara əməl etməklə yüksək səviyyədə becərmə işləri aparılmışdır. Respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq Şəhər İcra Hakimiyyəti və Suvrama sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunmuşdur. Hazırda pambığın becərilməsi tam yekunlaşıb və bar fazasındadır. Becərilmiş sahələrdə yüksək məhsuldarlıq gözlənilir. Pambıq sahələrindən 30 sentinerdən artıq məhsul yığılacağı gözlənilir. Pambıq yığımına hazırlıq işləri görülüb başa çatdırılmışdır. Pambıq yığımı üçün 9 ədəd pambıqyığan kombayın, 22 ədəd pambığın daşınamsı üçün traktor, 51 ədəd pambığın daşınması üçün qoşqu, 6 ədəd dərman səpən, 1 ədəd pambıq yükləyici və 2 ədəd pambıq sahələrinin hamarlanması üçün texnikalar hazır vəziyyətə gətirilmişdir. Pambıq yığımına texnikaların idarə edilməsi üçün 87 nəfər işə cəlb edilmişdir.

Bu gün (18.09.2020) Yevlax rayonunda “MKT İstehsal Kommersiya” MMC tərəfindən pambıq yığımına başlanılmışdır.
Keçən ilin mövsüm ilində Yevlax rayonunda 2406,8 hektarda pambıq sahəsi becərilmiş, bundan 6347,8 ton pambıq istehsal olunmuş və məhsuldarlıq 26,4 sentner olmuşdur. Bu da 2018-ci il ilə müqayisədə istehsal 1051,4 ton çox olmaqla hər hektardan 5,2 sentiner artıq olmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, rayon fermerləri məhsuldarlığı hədəf olaraq 30 sentiner planlaşdırmışlar.

İstixebertv.com Yevlax

x