01/11/2020

İnformasiya Portalı

Türkiyə Qarabağ masasında: “Putin Ərdoğana zəng edəcək” – Kritik gəlişmə

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“Minsk qrupunun üzvləri arasında Belarus, İsveç, Hollandiya və Portuqaliya da var. Belarus məlum, öz hayındadır, İsveçi Hollandiyanı və Portuqaliyanı Dağlıq Qarabağ münaqişəsi çoxmu maraqlandırır? Bu dövlətlərin qrupda olmasının bizə nə faydası var?”

İstixebertv.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Moskvada Ermənistan və Azərbaycan arasında elan edilmiş atəşkəs anlaşmasına da diqqət çəkib:

“Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsində yazılıb ki, danışıqlar formatı dəyişdirilməməlidir. Bu maddənin Azərbaycan üçün zərərli olduğunu bəyanat qəbul edilən gün bildirdim. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov 4-cü bəndin zərurətini belə izah etdi ki, Ermənistan Baş naziri Nikol Paşinyanın istəyi alınmadı, Dağlıq Qarabağ separatçıları danışıqlarda iştirak edə bilməyəcəklər.

Ancaq bu bəndin başqa tərəfi də var ki, danışıqlar formatının dəyişməməsi Türkiyənin masada oturmasını əngəlləyir. Onsuz da separatçılarla birbaşa danışıqların mümkün olmadığı çoxdan bəllidir, Türkiyənin masada oturmaması isə bizə ziyandır. Təsadüfi deyil ki, Rusiyan Xarici işlər naziri Sergey Lavrov erməni həmkarıyla Moskvadakı görüşündə İrəvanın narahatlığına səbəb olmadığını, 4 –cü bəndə görə Türkiyənin danışıqlarda iştirak etməyəcəyinə işarə etdi”.

Elxan Şahinoğlu xatırladıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək Suriya və Liviyadakı durumla yanaşı Dağlıq Qarabağdakı döyüşləri də müzakirə edib:

“Bundan əvvəl Sergey Lavrovun özü türkiyəli həmkarı Mövlüd Çavuşoğluna zəng etmişdi. Bir gün Rusiya Prezidenti Vladimir Putin eyni mövzunu müzakirə etmək məqsədilə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana zəng edəcək.

Bütün bunlar ondan xəbər verir ki, Kremldə anlayırlar ki, Türkiyənin rəyi nəzərə almadan keçinmək mümkün olmayacaq. Türkiyə isə Azərbaycanın tələbini qətiyyətlə təkrarlayır: Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır.

Rusiyanın “Rossiya” televiziya kanalının ermənipərəst aparıcısı Solovyov dünənki verilişində Azərbaycanı Rusiyanın müdafiə naziri ilə hədələyərək bunu demişdi: “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq”. Şoyqunun istəyini yerinə yetirmək tarixdə – 2016-cı ildə qaldı, 4 il keçib, bölgədə artıq Türkiyə var və həmin Şoyqu telefonda Hulusi Akarın bu sözlərini dinləmək məcburiyyətindədir: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq”./konkret.az

İstixebertv.com

x