29/10/2020

İnformasiya Portalı

“Minsk qrupu hesabat verməlidir ki…” – Çavuşoğludan kritik açıqlama

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“ATƏT-in Minsk qrupu keçən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmadı”.

İstixebertv.com xəbər verir ki, bunu isveçli həmkarı Ann Linde ilə görüşündə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“İsveçli həmkarımla Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü haqda danışdıq. Ermənistanın iyul ayında və bundan sonrakı dönəmdə Azərbaycanın mülki əhalisinə yönəlik hücumları haqda məlumat verdim.

Həmişə münaqişənin dinc yolla həllinə dəstək verdiyimizi bildirmişik. Amma məsələnin dinc yolla həll edilməməsi Ermənistanı daha da cəsarətləndirdi. Son hücumlarında da mülki insanları hədəf aldı. Moskvada əldə edilmiş atəşkəs anlaşmasından sonra da mülki insanlara atəş açdı”, – Çavuşoğlu bildirib.

Türk nazir ATƏT-in Minsk Qrupunun münaqişənin həll prosesindəki fəaliyyətsizliyinə diqqət çəkib:

“ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğul olan bir formatdır. Qrupda üç həmsədr ölkə, iki münaqişə tərəfi, səkkiz üzv iştirak edir. Amma Minsk qrupu bu keçən dövr ərzində konkret addımlar atmadı. Hesab edirik ki, Minsk qrupunun bütün üzvləri toplanmalıdır. Həmsədrlər digər üzv ölkələrə hesabat verməlidir ki, bu məsələ niyə həll edilmir, əsas səbəbkar kimdir. Artıq konkret addımlar atılmalıdır. Bu məsələnin yeganə həlli budur ki. Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Sonuna qədər qardaş Azərbaycanın yanındayıq”./konkret.az

İstixebertv.com

x