01/11/2020

İnformasiya Portalı

Düşmən ağır məğlubiyyətlərə öz çirkin əməlləri ilə cavab verir

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev”Haber Türk” televiziya kanalına verdiyi müsahibə zamanı yüksək peşəkarlıq göstərməsi həmişəki kimi Azərbaycan xalqına yüksək stimul bəxş edib. Və xain ermənilərə növbəti zərbə endirib.
Ön cəbhədə müzəffər ordumuzun qələbələri, informasiya cəbhəsində isə Prezidentimiz işğalçı ermənilərə göz açmağa imkan vermir.

Lakin cənab Prezidentimizin söylədiyi kimi, xain ermənilərin hücumlarının zərrə qədər əhəmiyyəti olmadığını və bu xain məqsədlərin bizi yolumuzdan döndərə bilməyəcəyini işğalçı erməni​ bilməlidir.Çünki Azərbaycan haqq yolundadır, bu yol davam edəcək və qalibiyyətlə başa çatacaq.
Ermənistan ağır məğlubiyyətlərlə öz çirkin əməlləri ilə cavab verirlər. Buna görə də mülki şəxslərə əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir haldır. Azərbaycanı cavab tədbirlərinə təhrik edirlər. Düşmənin cəbhə bölgəsindən uzaqda yerləşən respublikamızın ikinci böyük şəhəri olan Gəncə şəhərinə dinc əhaliyə atəş açması Ermənistan tərəfindən törədilən növbəti terror aktıdır. Ancaq düşmənin növbəti terror aktı və düşmənin çirkli əməlləri Azərbaycan xalqının iradesini sındıra bilməz. Azərbaycanın rəşadətli Ordusu güclü əzmlə vuruşaraq bir çox nailiyyətlərə imza atmışdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün qanlarından, canlarından keçən Vətənimin igid oğulları işğal altında olan torpaqlarımızı azad edərək erməni faşistlərinin ürəklərinə dağ çəkirlər.
Əlləri hər yerdən üzülən Ermənistan rəhbərliyinin göstərişi ilə cəbhədənkənar şəhərlərə və rayonlara artilleriya qurğuları ilə atəş açmışdır. Lakin Ermənistanın qarşıya qoyduğu məqsədlərdən biri də münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməkdir. Mənfur düşmənin gözlədiyi məqam bizim adekvat cavab tədbirləri görməyimiz və dinc əhaliyə atəş açmaqdır. İllərlə hiylə və çəkrlə işlər görən düşmən növbəti tələsinə bizi sala bilmədi. Çünki bizim Ordu dinc əhaliyə atəş açmayacaq qədər humanistdir.
Atəşkəslə bağlı sualı cavablandırarkən Prezident bildirib ki, biz Ermənistana şans verdik. Azərbaycan bu atəşkəsə razı olmaya da bilərdi,kim bizi məcbur edə bilərdi? Heç kim. Biz bunu etdik. Ancaq görünən odur ki, düşmən atəşkəsi öz mənafeyi üçün istifade etdi. Məlum oldu ki, işğalçı erməni faşistləri həmin müddətdə silah yığıb işğal olunmuş əraziləri geri qaytarmaq üçün atəşkəsi özləri üçün hədəf seçiblər. Biz bunu etdik ki, danışıqlar yolu ilə masa arxasında bu münaqişə həll olunsu və müharibənin avı qanunlarını heç bir tərəf yaşamasın. Ancaq Ermənistan tərəf müharibənin davam etdirilməsini seçdi. Ona görə də Azərbaycan ordusunun məqsədi ancaq irəli getmək və yeni zəfərlər əldə edərək tam qələbəni əldə etməkdir. Eyni zamanda sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin -Erməmistan və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı bir ölkə buna veto qoyarsa, təbii ki, bu olmayacaq çünki Azərbaycan suverən dövlətdir və icazəmiz olmadan hər hansı bir ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu qanuna ziddir. Əgər​​ torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması lazımdır. Onda sülhməramlıların gətirilməsi istisna deyil. Hərçənd ki, 30 ilə yaxın müzakirə heç bir müsbət nəticə vermiyib. Atət-in Minsk qrupu bu illər ərzində heç bir iş görmədikır və maraqlanmadılar. Çünki o qrupda elə bölgələr var ki, heç bu bölgələrlə marsglanmırlar. Ona görə də qardaş Türkiyənin bu qrupda olmasını dəstəkləyir və alqışlayırıq. Çünki qardaş Türkiyə bu toqquşmaların baş verdiyi ilk saatlarından bugüne qədər verdiyi dəstək sabitliyi qorudu.
Cənab Prezident xalqının güclü xarakterə malik olduğunu vurğulayaraq, dağıdılmış evlərin tezliklə bərpa olunmasını da qeyd etmişdir.
Belə güclü xalqı və belə qüdrətli Ali Baş Komandanı olan bir ölkə​ məglubedilməz olaraq çox zəfərlər görəcək!

Nərmin Fərzəliyeva
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

İstixebertv.com

x