01/11/2020

İnformasiya Portalı

Qusar rayon mərkəzi xəstəxanasının həkim heyəti cəbhə bölgəsinə yola düşüb – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün Qusar Rayon Mərkəzi Xəstəxanasının bir qrup həkim heyəti cəbhə bölgəsinə yollanıb.

İstixebertv.com-un məlumatına görə, xəstəxananın direktoru Mübariz Zeynalovun təşkilatçılığı ilə doqquz nəfərlik üzvündən ibarət cərrah, travmatoloq, reanimatoloq, əməliyyat tibb bacısı, anestezistlərdən və s. ibarət heyət cəbhə bölgəsinə ezam olunub.

Bundan əvvəlki həftə ərzində də xəstəxana kollektivi əsgərlərə isti geyim, dərman və sarğı materiallatından ibarət yardım göndərmişdir. Bu gün də cəbhəyə yola düşən fədakar həkimlərimiz əliboş getməyiblər. Getdikləri yerdəki əsgərlər üçün bir sıra sovqatlar da aparıblar. Sovqatların əsas hissəsi evdə hazırlanan şirniyyatlar, Quba paxlavası, geyim və ərzaqlardan ibarət olub.

İstixebertv.com saytı olaraq bu xeyirxah işlərinə görə, Qusar RMX-nın bütün həkim heyətinə təşəkkürümüzü bildiririk!!!

Allah Ali Baş Komandanımız İlham Əliyev cənablarını, Rəşadətli Azərbaycan Ordusunu, xalqımızı və fədakar həkimlərimizi qorusun.

Qarabağ Azərbaycandır!!!

İstixebertv.com Qusar 17.10.2020
Rəşad Ağaşirinov

x