04/12/2020

İnformasiya Portalı

“Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

İstixebertv.com xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Ardıcıl 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əviv “Makkabi”si ilə görüşüb. İ qrupunun I turu çərçivəsində keçirilən görüş erkən qolla başlayıb.

Matçın taleyini də bu bir qol həll edib. İlk yarının əvvəlində fərqlənən meydan sahibləri bu qol sayəsində qələbə qazanıb – 1:0.

Qeyd edək ki, II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyənin İstanbul şəhərində baş tutacaq.

İstixebertv.com

x