29/11/2020

İnformasiya Portalı

“Qubadlıda şəhid olmaq istəyirdi, istəyinə nail oldu” – Milli Qəhrəmanın oğlu – VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  

Aprel döyüşlərindəki şücaətinə görə vaxtından əvvəl polkovnik rütbəsi və Milli Qəhrəman adını alan şəhid Şükür Həmidovun atası və oğlu onun haqqında danışıblar.

İstixebertv.com xəbər verir ki,Ş.Həmidovun atası Nəriman Həmidov AzTV-yə Qubadlı şəhəri uğrunda döyüşlərdə şəhid olan oğlunun bir neçə gün əvvəl onunla telefonla danışdığını deyib:

“Dedi “ata, sabah bəlkə siz tərəfə getdik”. Dedim, bala, gedəndə dizlərini yerə qoyub Nağıllı bulaqdan doyunca su içərsən. Dedi “Ata, hələ tezdi”.

Şəhidin oğlu Nurlan Həmidov atası haqda danışarkən deyib ki, o, öz xalqı üçün çox çalışırdı:

İstəyi o idi ki, Qubadlıda şəhid olsun. Öz istəyinə də nail oldu. Arzu edirik ki, bütün torpaqlarımız alınsın, atamın və bütün şəhidlərin qanı yerdə qalmasın”./qafqazinfo

İstixebertv.com

x