29/11/2020

İnformasiya Portalı

BMT Təhlükəsizlik Şurasının qərarları kağız üzərində qalıb

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

2020-ci ilin ortalarından başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almağa başladı.

İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak oldu.

Daha sonra avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq Azərbaycana diversiya qrupu göndərmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışvə planlaşdırılmış təxribatçı diversiya qrupunun Azərbaycana terror aktları törətmək üçün gəldiyi müəyyən edilmişdir.

2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində mülki əhali və hərbçilər arasında itkilərimiz olmuşdur. Nəticədə Azərbaycan Ordusu tərəfindən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlanmışdır.

Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindənzaman – zaman verilən bəyanatlarda da öz əksini tapmışdır. Ermənistanın baş naziri 2019-cu ildə işğal edilmiş torpaqlarda – Xankəndində demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə olmuşdur.

Eyni zamanda, Ermənistan rəhbərliyinin “Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır” – tipli bəyanatları uzun illərdir münaqişə tərəfləri arasında gedən danışıqlar prosesini tamamilə mənasız etmişdir.

Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və işğala son qoyulmalıdır.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində qeyd edilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalmışdır. Bu müddət ərzində, Minsk qrupu çərçivəsində danışıqlar aparılsa da, son nəticədə Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salır.

Ermənilərin beynəlxalq hüquqla Azərbaycana məxsus olduğu əraziləri işğalı nəticəsində 1 milyondan artıq insanı məcburi köçkün düşmüş, Azərbaycanın rayonlarının, kəndlərinin adları dəyişdirilmişdir. İşğal olunmuş rayonlarda Azərbaycanlıların tarixi irsi silinir, tarixi abidələr və məscidləri dağıdılır, təhqir edilir.

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilmişdir. Bu, hərbi cinayət olmaqla Cenevrə Konvensiyasına tamamilə ziddir.

Azərbaycan xalqı Ermənistan hakimiyyətini işğala son qoymağa çağırır və tarixən olduğu kimi hazırda da erməni xalqının Dağlıq Qarabağda yaşamasına etiraz etmir. Həmçinin, Ermənistan hazırkı müharibəni dünya ictimaiyyətinə etnik və dini müharibə kimi təqdim etməsi Azərbaycan xalqı tərəfindən qəti şəkildə pislənilir.

​Seymur Novruzov

Yevlax Heydər Əliyev sarayının direktoru

İstixebertv.com

x