04/12/2020

İnformasiya Portalı

Hikmət Hacıyevin “Twitter” hesabı bloklanıb

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabı bloklanıb.

İstixebertv.com xəbər verir ki, bu barədə H.Hacıyevin özü məlumat verib.

H.Hacıyevin “Tvitter”dəki səhifəsi erməni istifadəçilərinin kütləvi şikayətlərindən sonra bloklanıb.

Qarabağ müharibəsi dövründə Hikmət Hacıyevin səhifəsi Azərbaycanın erməni ideoloji işğalçı maşını ilə informasiya mübarizəsinin əsas meydanına çevrilmişdi. 200 minə yaxın istifadəçi hər gün Qarabağ Cəbhəsi meydanlarındakı vəziyyətin həqiqi mənzərəsi haqda H.Hacıyevin səhifəsindən məlumat alırdı. Həm döyüş əməliyyatları zamanı, həm də informasiya müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan erməni sosial şəbəkə istifadəçiləri Azərbaycan Prezidentinin köməkçisinin səhifəsindən şikayət verməkdən başqa çıxış yolu tapmadılar. Bax, belə cılız bir qisas. Düşmənin qabiliyyətsizliyi, hərb meydanında olduğu kimi, burada da özünü göstərdi. Gücləri ziyan vurmağa çatdı. Görünməyən cəbhənin gücsüz və yazıq döyüşçüləri başqa nə edə bilərdilər ki?!

Hərçənd, H.Hacıyevin səhifəsinin bağlanması, onun rəqib üzərində qələbədə layiqli fəaliyyətinin ən böyük etirafıdır…/virtualaz.org

İstixebertv.com

x