04/12/2020

İnformasiya Portalı

Polis əməkdaşları Vətən müharibəsində yaralanmış döyüşçüləri ziyarət ediblər – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Onlar tarix yazdılar

İgid oğullarımızın ən böyük arzusu sağalıb yenidən Vətənin müdafiəsində durmaqdır.

Bu günlərdə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının məsul şəxsləri Vətən müharibəsində yaralanmış döyüşçüləri ziyarət ediblər. Onlar qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi sücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Görüşdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulayıblar.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları da Vətən savaşında böyük sücaət göstərərək, düşmənə aman verməyən qazilərimizi ziyarət ediblər. Vətənimizin igid oğullarına baş çəkməyi özlərinə borc bilən asayiş keşişçiləri onları vətənpərvər böyüdən valideynlərə də minnətdarlıqlarını bildiriblər.

İstixebertv.com

x