26/01/2021

İnformasiya Portalı

Selvedge 2021 – Dünya Satış Sərgisi keçiriləcək

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Tekstil planetimizdə yaşayan hər bir insanın mədəni irsinin əhəmiyyətli hissəsini təşkil edir və bəşəriyyətin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Bütün bu ənənələri dəyərləndirməyin vacibliyini nəzərə alaraq, 31 avqust – 4 Sentyabr 2021-ci il tarixlərində Selvedge Dünya Satış Sərgisi keçiriləcək.

Geyim mədəniyyəti və yaradıcılığının bayramı olan bu sərgidə dünyanın istənilən ölkəsindən sənətkarlar iştirak edə bilərlər. Onların təqdim etdiyi məhsul kolleksiyaları hər qitədən olan mütəxəssislər tərəfindən ayrı-ayrı kateqoriyalar üzrə qiymətləndiriləcək.

Qeyd edək ki, “Selvedge” jurnalı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova İkinci Selvedge Dünya Sərgisinin seçim komissiyasının işində iştirak etmək üçün dəvət olunub.

Orijinallığına, dizaynına, davamlılığına, sənətkarlıq xüsusiyyətlərinə, keyfiyyətinə və s. görə hakimlərdən müsbət rəy alan tekstil istehsalçılarının kolleksiyaları sərgidə nümayiş etdiriləcək. Tədbirdə əllidən artıq ölkənin tekstil ənənələri təqdim olunacaq və sənətkarların hər biri üçün bərabər imkanlar yaradılacaq.

Bu il oduğu kimi Selvedge 2021 – Dünya Satış Sərgisi də onlayn keçiriləcək və tədbir çərçivəsində virtual seminarlar, danışıqlar, panel müzakirələri baş tutacaq. Azərbaycan Milli Xalça Muzeyi sənətkarları, dizaynerləri, şirkətləri, qeyri-hökumət təşkilatlarını, kooperativləri və qeyri-kommersiya təşkilatlarını Selvedge 2021 – Dünya Satış Sərgisində iştirak etməyə çağırır.

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak ərizəsini təqdim etmək üçün linkə daxil ola bilərsiniz:

https://www.selvedge.org/pages/exhibitor-applications-2021

İstixebertv.com