23/01/2021

İnformasiya Portalı

«Yeniyetmə və gənclərimiz ermənilər tərəfindən dağıdılmış maddi-mənəvi, tarixi mədəniyyət abidələrimizi tanısın və tanıtsın» layihəsi 5 rayonda icra edildi – FOTOLAR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

«Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə «Yeniyetmə və gənclərimiz ermənilər tərəfindən dağıdılmış maddi-mənəvi, tarixi mədəniyyət abidələrimizi tanısın və tanıtsın» layihəsi çərçivəsində tədbirləri 10-12.11.2020; 12-14.11.2020; 14-16.11.2020; 23-25.11.2020; 30.11.2020-02.12.2020-ci il tarixlərdə Tovuz, Ağstafa, Qazax, Goranboy, Ağcabədi rayonlarında həyata keçirdi.

Aidiyyatı üzrə rəhbər şəxslərlə görüşlər oldu. Layihə haqqında məlumat verildi. Pandemiya dövrü ilə əlaqədar olaraq, tədbirlər xüsusi qızdırmaölçənlərlə, maskalarla, spirtlərlə, sosial məsafəyə ciddi riayət etməklə yüksək səviyyədə icra edildi. Rayonlarda layihəhəyə uyğun olaraq bir çox ictimai yerlərdə maskalar, bukletlər, dəftərxana ləvazimatları paylandı və müxtəlif sosial qruplara aid insanlar arasında maarifləndirici görüşlər keçirildi.

Ermənistan üzərində Azərbaycanın parlaq qələbə sevincini yaşayan insanlarımızla bərabər, bəzi tədbir iştirakçıları tərəfindən Xankəndi ətrafında baş verən qaranlıq məsələlərlə bağlı verilən sualları, narahatçılıqları, ekspertlərimiz ətraflı cavablandırdı.

Tədbirlərdə dağıdılmış, oğurlanmış abidələrimizin, eksponatlaımızın, nadir mədəniyyət incilərimizin tapılaraq Azərbaycana qaytarılması üçün müvafiq sahədə birgə fəaliyyətin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılmasının zəruriliyi vurğulandı.İtib batmaqda olan, unudulan qədim musiqi alətlərimizin, məişətdə istifadə olunan qədim əmək alətlərinin, qurğuların bərpası üçün emalatxanaların yaradılmasına ehtiyac duyulduğu qeyd edildi.Layihənin ekspertləri və işçi qrupu tərəfindən bütün suallara aydınlıq gətirildi.

Yerlərdə məsul şəxslər, tədbir iştirakçıları layihənin işçi qrupuna və tədbirlərin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər və bu cür maarifləndirici görüşlərin bölgələrdə mütəmadi təşkilinin əhəmiyyətindən söhbət açdılar və belə maarifləndirici təbliğatların bu sahəyə təkan verəcəyinə inandıqlarını bildirdilər.

Tədbir iştirakçılarına dəftərxana ləvazimatları, papkalar, çap materialları, tibbi maskalar, spirtlər paylanılıb.

İstixebertv.com

x