23/01/2021

İnformasiya Portalı

Binə qəsəbəsinin sakinləri prezidentə müraciət etdi: “21-ci əsrdə biz qaz üzünə həsrət qalmışıq”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Binə qəsəbəsinin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

İstixebertv.com olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük
savxozu sakinləri tərəfindən
Məhərrəəmov Məhərrəm Əşrəf oğlu
050-476-41-09

Yazıb Sizə bildirmək istəyirəm ki, və xüsusi vurğulmaq istəyirəm ki, vətəndaş olaraq bizə qiymət verilmir. SİZ dəfələrlə bildirmisiz ki, vətəndaşlar öz problemlərini mənə çatdırsın. Artıq dəfələrlə məktub yazmağımıza baxmayaraq “Azəriqaz” bizə eyni cavabı verir. Siz bildirmişdiniz ki, ölkədə bütün ərazilər qazlaşmalı, 1 dənədə qazsız ərazi qalmamalıdır. Lakin bizlər kiçikli-böyüklü Bakıda 10 ildən artıqdır ki, qaz üzünə həsrətik. Aylıq olaraq 100-200 manat arası işıqpulu ödəmək məcburiyyətində qalırıq. 30 ildən artıqdır ki, ölkəmiz xaricə neft-qaz satsada vətəndaşlarına gün ağlaya bilmir. 2 küçə daxil olmaqla 45 ailənin yaşadığı bir ünvana qaz çəkdirmək müşkülə çevrilib.
Bizim ən böyük problemimiz qaz problemidir. Beləki , 45 ailənin yaşadığı bu yerə 150 metr məsafədən qaz xətti keçsədə bizə heç bir faydası toxunmur. Baxmayaraq ki , biz neft-qaz ölkəsi sayılırıq.
Siz dəfələrlə vurğulamısız ki, suyu, qazı dövlət çəkir. Bəs bunun mənfəəti hanı? hara gedir bu pullar?
Bu barədə icra hakimiyyətində olmuşuq. Azəriqaza məktub yazmışıq. Lakin Azəriqaz bildirib ki, vəsait yoxdur, qaz istəyirisinizsə vəsait öz hesabınıza olacaq. Təbiki buda bizim büdcəmizə uyğun deyildir. 10.10.2020- ci ildə Azəriqazdan nümayəndə gəlir və bildirir ki, Sizin qaz xətti ilə məsafəniz 150 metr təşkil edir və Siz bu pulu özünüz təmin etməlisiz və bu pulda nə az nə çox ailə başına 800 manatdır. Görəsən Azəriqazın başda oturanları bunu necə dilə gətirirlər?
Niyə vətəndaşı dövlətdən narazı salırlar?
Axı ölkəmiz müharibə dövrünü yaşayır. Hər evdən Siz cənab Prezidentin çağırışına könüllü balalarımız hərbi xidmətə gedir. Onlar cəbhədə olarkən niyə onların ailələri soyuqda qalmalıdır ki? Niyə onlar öz ailələrindən nigaran olmalıdırlarki?
Təbiki məmurla bunları düşünmür.
Cənab Prezident
Televiziyada olan çıxışlarınıza həmişə baxırıq və özünüzdə bu kimi problemləri vurqulayırsınız. Bu yaxında bildirdiniz ki, yaşayış məkanlarının qazlaşdırılmasında axsamalar var və bu işi dövlət hesabına ayrılan pullarla görülür. 21-ci əsrdə biz qaz üzünə həsrət qalmışıq.
Qarşıdan payız, qış ayları gəlir. Faktiki olaraq qışda işıqa o qədər yüklənmə olur ki, problemlər yaranır. Tez-tez sönür, avadanlıqlarımız yanır. İşıqın çox istifadəsi yüsək məbləqlərə gətirib çıxardır. Ona görədə əgər bu 45 ailənin yaşadığı küçələrə qaz çəkilsə çox məsələlər öz həllini tapacaqdır.
BİNƏ QƏSƏBƏSİ, SÜDÇÜLÜK SAVXOZ SAKİNLƏRİ
adından Sizdən xahiş edirik ki, bizim 45 ailənin yaşadığı 2 küçənin qazlaşdırılması barədə müvafiq göstərişlər verəsiniz, tezliklə bizədə qaz çəkilsin. Biz camaat olaraq bu problemdən canımızı qurtaraq.
Nə qədərki , şikayətimizə baxılmayacaq, bizə insan münasibəti bəslənmdikcə müraciətlərimizi göndərməyə davam edəcəyik. Biz inanırıq ki, Siz gec-tez bu məktuba müsbət yanaşacaqsınız.

Hörmətlə: Qəsəbə sakinləri

İstixebertv.com

x