23/01/2021

İnformasiya Portalı

Xaçmazda evdən bulaq çıxdı: Ev sahibi evinin çökəcəyindən narahatdır (FOTO+VİDEO)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

4 gündür ki, Xaçmaz rayonu Qusarçay kəndində Məmmədovlar ailəsinin yaşadığı evin bünövrəsində yeraltı sular bulaq kimi qaynayıb, yaşayış otaqlarını suyun altında qoyub.

Çəkiliş qrupumuz bu gün adı çəkilən ünvanda oldu və evdən çıxan suyun evə vura biləcək ziyanın əyani şahidi oldu.

Ev sahibi Firuddin Məmmədov deyir ki, artıq bu 4-cü gündür ki, evdən su çəkirik. Evdə 85 yaşlı anam (Mərhaba Məmmədova) və körpə uşaq, ailə var. Qorxuruq ki, hər an ev çökə bilər. Məsələ ilə bağlı İcra Hakimiyyətinə, FHN-ə və Bələdiyyəyə rəsmi məlumat vermişik, müraciət ünvanlamışıq. Hələki, gözləyirik.

Məmmədovları narahat edən məsələni elə yerindəcə araşdırmaq istədik. Xaçmaz rayon Qusarçay kənd Bələdiyyəsinin sədri Sadiq Alcanov və Xaçmaz rayon İH-dən, İƏV-dən İstixebertv.com-a bildirildi ki, məsələdən xəbərimiz var. Dünən ailədə olub çəkiliş etmişik. Yaxın günlərdə FHN-komissiyası bu və ya digər formada yağışdan əziyyət çəkən evlərə dəyən ziyanı araşdıracaq və əlavə məlumat veriləcək.

Ətraflı Video linkdə izləyə bilərsiz.

İstixebertv.com Xaçmaz 08.12.2020
Rəşad Ağaşirinov

x