26/01/2021

İnformasiya Portalı

Şəmkirdə falçı Mirhəşimin “toxunulmaz şəxs”ə çevrilməsinə səbəb nədir?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
Bir neçə gün bundan öncə redaksiyamızın elektron poçtuna Şəmkir rayon mərkəzinə yaxın ərazidə baxıcılıq fəaliyyəti ilə məşğul olan, bu yöndə atdığı addımlarına görə hər gün xeyli məbləğdə “haqq-hesab” qazanmağı bacaran, dəfələrlə çoxsaylı insanları “tora salan” və bütün bunların qarşılığında özünə eni-uzunu bilinməyən görkəmdə gözəgəlimli yaşayış evi inşa etdirən, hətta ötən illər ərzində külli miqdarda var-dövlət əldə etməklə, məhz Şəmkirin imkanlı şəxslərindən birinə çevrilən baxıcı Mirhəşimin əməlləri haqda xeyli məlumatlar daxil olub.
Bu yöndə daxil olan məlumatlarda o da qeyd olunur ki, Mirhəşimin səhhətində müəyyən problemlər olsa da, həmçinin müəyyən yaş həddinə çatsa da, o, hələ də tutduğu əməllərindən əl çəkmək fikirində deyil. Deyəsən, belə bir gedişlə adı çəkilən bu şəxs heç zaman məşğul olduğu bu cür əməllərindən əl çəkməyəcək.
Bir anlığa diqqət yetirək ki, bu şəxsin adı “Mir” və “Həşim” sözlərinin birləşməsindən əmələ gəlib və onun adı, məhz ölkəmizin böyük bir regionunda dillər əzbəri də olub.
Bir məqama da toxunaq ki, adı “Mir” və “Həşim” sözlərinin birləşməsindən əmələ gələn bu şəxsin belə bir yöndə fəaliyyət göstərməsinin uzun illəri əhatə edən möcüzəli tarixçəsi var. Bəlkə də, baxıcı Mirhəşim adı ilə tanınan bu şəxsin hüzuruna gün ərzində yüzlərlə qadın, neçə-neçə ailə həyatı qurmamış qızlar, ailəsində və yaxud da iş fəaliyyətində müəyyən problemləri olan şəxslər üz tuturlar. Şəmkir sakinlərindən bəzilərinin şifahi məlumatlarına görə, o, hüzuruna gələn qadınların bir çoxuna, ailə həyatı qurmaq istəyində olan gənclərə və s. çox zaman bəxt açacağı yöndə “yağlı vədlər” verir. O, hüzuruna gələn şəxslərə atacağı addımların qarşılığında müəyyən əşyalar aldırmaqdan əlavə, hətta onların pul-paralarını da ələ keçirməyi bacarır.
Qeyd edək ki, baxıcı Mirhəşim xəlvəti yolla nə qədər “bic” və fırıldaq əməllərinə, “cızıb-pozduğu oyun qaydaları”na və s. qol qoysa da, çox keçmir ki, adı “Mir” və “Həşim” sözlərinin birləşməsindən əmələ gələn bu şəxsin atdığı addımlar hər kəsə güntəki aydın olur.
Məsələnin düşündürücü tərəfi odur ki, bu şəxsin fırıldaq əməlləri haqda Şəmkir rayon Polis Şöbəsinin rəhbərliyi, şöbədə çalışan digər vəzifə sahibləri və s. lazımi qədər məlumatlı olsalar da, nədənsə baxıcı Mirhəşimə bir kimsə “qaşın üstə qara var” demir, yaxud da demək istəmir. Bu cür yanaşmanın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.
Söylənilənlərə görə, adı “Mir” və “Həşim” sözlərinin birləşməsindən əmələ gələn bu şəxs, hər ay polisdə vəzifə sahibi olanlara “baş çəkir” və belə yolla o, məhz “toxunulmaz şəxs”ə çevrilir.
Belə ki, bu gün də baxıcı Mirhəşim Şəmkir rayonu ərazisində “kor atı minib köndələn çapmaq”la məşğul olur. Belə olan halda sual oluna bilər ki, bu şəxsə hansı vəzifə sahibi “yaşıl işıq” yandırır ki, o, hələ də belə bir addımlarını atmaqda davam edir.
Qeyd edək ki, redaksyamıza baxıcı Mirhəşimin fırıldaq əməlləri haqda silsilə məlumatlar daxil olduqdan sonra, müəyyən araşdırmalar aparmağa qərar verdik.
Düzdür, ilk əvvəl RPŞ-nin rəhbər şəxsləri ilə əlaqə saxlayıb bu kimi məsələlərə aydınlıq gətirmələrini istəsək də, bu yöndə etdiyimiz cəhdlərin heç biri hansısa nəticəni vermədi. Məhz, biz də az-çox məlumata malikik ki, bu yöndə ünvanlayacağımız suallara qarşı tərəf heç zaman doğru-dürüst cavab verməyəcək. Yəni, qarşı tərəfin standart bir cavabı olacaq, o da “bizim bu haqda heç bir məlumatımız yoxdur, araşdırıb cavab verəcəyik” deyə cavab versələr də, əslində bu cür cavablar baş aldatmaqdan başqa bir şey olmur. Necə olur ki, biz Bakı şəhərində ola-ola baxıcı Mirhəşimin Şəmkirdə ayrı-ayrı şəxslərə qarşı atdığı fırıldaq əməllərlə bağlı lazımi məlumatları eşidirik, amma RPŞ-də səlahiyyətliləri bu yöndə məlumatsız olurlar?  Bu kimi halların varlığı da, yuxarıda qeyd etdiyimiz kimi ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.
İddialara görə, baxıcı Mirhəşimin “toxunulmaz şəxs” adı ilə məşhur olmasında Şəmkir RİH-i başçısının da müəyyən xidmətləri olur. Yəni söylənilənlərə görə, rayon rəhbərliyi ara-sıra bu şəxsin təsir imkanlarından yararlanır və bir növ “Azərenerji” ASC-nin prezidenti  cənab Balababa Rzayevin yolunu  gedir. Ona görə də Şəmkirdə baxıcılıq fəaliyyəti ilə məşğul olub insanları “tora salan” Mirhəşimə, məhz bir kimsə “qaşın üstə qara var” deyə bilmir. Bəzi çevrələrdə dolaşan söz-söhbətlərdə o da iddia olunur ki, rayon rəhbərliyi ara-sıra baxıcı Mirhəşimi iş otağına dəvət etdirir və onun “bədnəzərlər”dən uzaq olması üçün özünə “cadu” da etdirir. Bütün bu kimi səbəblər üzündəndir ki, bu gün baxıcı Mirhəşim gözəgəlimli mənzilində qorxusuz-təhlükəsiz fəaliyyət göstərməkdə davam edir.
Mövzunu diqqətdə saxlayacağıq…
İstixebertv.com