1
Bu gün 2-ci Qarabağ müharibəsində itkin düşmüş və sonradan DNT analizi ilə kimliyi təsdiqlənmiş şəhid İkram Ehtiram oğlu Məmmədov doğulduğu Xaçmazın Çiləgir kəndində dəfn edilib.
İstixebertv.com xəbər verir ki, Fizuli rayonu ətrafında gedən döyüşlərdə yaralanaraq şəhid olan 19 yaşlı İkram Məmmədov oktyabrın 13-dən itkin düşmüş hesab olunurdu. Şəhidin dəfn mərasimində rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.
Xaçmaz İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlərin xatirəsinin həmişə əziz tutulacağını, İkram kimi igid oğulların heç vaxt unudulmayacağını deyib. Elnur Rzayev şəhidin nəşi bükülmüş Azərbaycanın Dövlət Bayrağını şəhidin atası Ehtiram Məmmədova təqdim edib.
Qeyd edək ki, İkram Məmmədov Xaçmaz rayonunun 47-ci şəhididir.
Allah rəhmət eləsin!
Aytəkin Alxaslı
İstixebertv.com
Daha çox oxu
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək
DANX-da 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşlarla görüş keçirilib – FOTOLAR
Nəşi tapılan polkovnik-leytenant dəfn edildi – FOTO