23/01/2021

İnformasiya Portalı

“POLAD Həşimov” Qubada – FOTO+VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün Quba şəhərinin adsız küçələrinə verilən adların lövhəsi vurulub.

İstixebertv.com xəbər  verir ki, Quba İH başçısı Ziyəddin Əliyev jurnalistlərə məlumat verib ki, şəhərin yeni təmir olunmuş və asfaltlaşdırılmış küçələrindən bir neçəsinə Azərbaycanın Milli Qəhrəmanı,keçən ulin iyul hadisələri zamanı Tovuzda həlak olmuş general-mayor Polad Həşimovun və Qarabağ döyüşlərində şəhid olmuş 9 şəhidin adı verilib. Onun sözlərinə görə, “Qubada şəhidlərin adının əbədiləşdirilməsinə başlanılıb, müvafiq qurumlarla məsləhətləşmələr aparılıb. Şəhidlərin hər birinə ehtiramımız böyükdür və biz bütün imkanlardan istifadə edib bu prosesi davam etdirəcəyik. Şəhidlərin adının əbədiləşdirilməsi işi kəndlərdə də aparılacaq.”

Küçə adlarının verilməsi mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş şəhidlər Mehrab Niftəliyevin və Şahin Allahyarovun valideynləri də iştirak edib. Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bildiriblər ki, “Prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısı çox təqdirəlayiqdir və biz buna görə çox təşəkkür edirik.”

Quba İH başçısı Ziyəddin Əliyev dövlətin həmişə şəhid ailələrinin yanında olduğunu açıqlayıb və onların xatirəsinin həmişə uca tutulacağını söyləyib. Mərasimə pandemiya qanunlarına görə az sayda insan iştirak edib və qoruyucu vasitələrdən istifadəyə xüsusi diqqət yetirilib.

Daha sonra Quba İH rəhbərliyi növbəti dəfə cəbhədən qayıdan Qarabağ qazilərilə görüşüb. Rayonun Zərdabi qəsəbəsində, Bağbanlı kəndində və Quba şəhərində 3 yaralı döyüşçünün qapısını açan Quba İH başçısı Ziyəddin Əliyev döyüşçüləri tarixi qələbədə iştiraklarına görə təşəkkür edib və onların hər birinə sağlamlıq arzulayıb. Döyüşçü ailələrinə qələbə sovqatı çatdırılıb.

Məlumat üçün deyək ki, Qubada rayon rəhbərliyi indiyədək 100-ə yaxın yaralı döyüşçünü evlərində ziyarət edib, problemlərilə maraqlanıb.

Aytəkin Alxaslı 

İstixebertv.com Quba

x